Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasına başlamasına dair rəsmi sorğunun 20 illiyi münasibətilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri münaqişə tərəflərini möhkəm və dinc nizamlanmaya nail olmaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırıblar.Trend-in məlumatına görə, bu barədə martın 22-də Rusiya XİN rəhbəri Sergey Lavrovun, ABŞ dövlət katibi Hillari Klintonun və Fransanın xarici işlər naziri Alen Jüpenin qəbul etdikləri birgə bəyanatda deyilir.