Həmsədrlərinin regiona növbəti səfəri Ermənistanda prezident seçkilərindən sonra baş tutacaq

Həmsədrlərinin regiona növbəti səfəri Ermənistanda prezident seçkilərindən sonra baş tutacaq
Bütün Xəbərlər
14:53 14.02.2013
949
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri Ermənistanda gələn həftə keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq.Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, ötən ay Parisdə keçirilən görüşdə həmsədrlər tərəfindən münaqişə ilə bağlı təklif və fikirlər səsləndirilib: “Bu il həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bizim əsas məqsədimiz budur ki, danışıqlar bundan sonra da davam etsin və nəticə əldə olunsun”.//APA

OXŞAR XƏBƏRLƏR