Həmyerlimiz dünyanın ən yaxşı boksçusudur

Həmyerlimiz dünyanın ən yaxşı boksçusudur
İDMAN
10:27 24.10.2011
1852
AİBA 2011-ci ilin ən yaxşı boksçularının adlarını açıqlayıb. Beləliklə, başa çatmaqda olan ilin ən yaxşı boksçu milli komandamızın üzvü Məhəmmədrəsul Məcidov seçilib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, super ağır çəki dərəcəsində mübarizə aparan həmyerlimiz WSB liqasının fərdi yarışlarında 2-ci nəticə göstərib.Məcidov yalnız həlledici döyüşdə italiyalı Klemente Russoya uduzmuşdu. Bakıda keçirilən dünya çempionatı isə boksçumuz üçün daha uğurlu oldu. Bütün rəqibləri üzərində inamlı qələbə qazanan yığmamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.Qeyd edək ki, Məcidov dünya çempionatında keçirdiyi 4 görüşün ikisini vaxtından əvvəl aşkar üstünlüklə başa vurmuşdu. O, Kolumbiya və kubalı rəqiblərini nokautla məğlub etmişdi.Digər nominasiyalar üzrə fərqlənənlər:İlin ən yaxşı gənc boksçusu: Əsror Vahidov (Tacikistan)İlin ən yaxşı məşqçisi: Dmitri Sosnovski (Ukrayna)İlin ən yaxşı hakimi: Maykl Qallaher (İrlandiya)
OXŞAR XƏBƏRLƏR