Həmyerlimiz "Sarı gəlin" ilə hər kəsi özünə heyran etdi - "O səs Türkiyə"də

Həmyerlimiz "Sarı gəlin" ilə hər kəsi özünə heyran etdi - "O səs Türkiyə"də
MAQAZİN
10:35 17.12.2016
1480

TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsində çıxış edən azərbaycanlı iştirakçı Mehman Tağıyev hər kəsi özünə heyran edib. 

Həmyerlimiz "Sarı gəlin" xalq mahnısını ifa edib. O, performansı ilə Sibel Can, Murat Boz, Hakan-Gökhan və Hadisəni özünə tərəf döndərə bilib. Münsiflər ifaçının səsini çox bəyəndiklərini deyərək, ondan ikinci dəfə "Sarı gəlin"i ifa etməyini istəyiblər.

Mehman Tağıyev yarışmanı Sibel Canın komandasında davam etdirməyi qərara alıb.

Qeyd edək ki, M. Tağıyev daha öncə "Azərbaycanın səsi" yarışmasında birinci olub. 


///"musavat.com”
 

OXŞAR XƏBƏRLƏR