“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi keçirilib

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi keçirilib
SOSİAL
21:23 27.10.2025
143
Oktyabrın 27-də "Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın 2025-ci il üzrə təqdimat mərasimi keçirilib.

Tədbir layihəyə yeni qoşulan, regionlar üzrə ən yüksək bal toplamış 93 tələbə qızla tanışlıq, eləcə də proqramın məqsəd və fəaliyyət istiqamətləri barədə məlumatlandırma üçün təşkil olunub. Mərasimdə dövlət qurumlarının, özəl sektorun, ali təhsil müəssisələrinin və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
 
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca "Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin ölkəmizdə qadınların təhsili və inkişafı istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb. O qeyd edib ki, gənc qızların təhsilinə qoyulan sərmayə onların gələcəkdə cəmiyyətin sosial-iqtisadi inkişafında daha fəal iştirakına şərait yaradır. Bahar Muradova bildirib ki, qadınların təhsil imkanlarının genişləndirilməsi ölkənin gələcək rifahı və dayanıqlı inkişafı baxımından prioritet məsələdir.
 
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qadınların təhsilinin cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, qadınların rolu və inkişafı ilə təhsilin inkişafı arasında birbaşa əlaqə mövcuddur. Nazirin sözlərinə görə, qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir. 
 
Emin Əmrullayev bildirib ki, Azərbaycanda ali təhsil alan gənc qızların sayı ildən-ilə artır və bu, təhsildə bərabər imkanların təmin edilməsinə yönəlmiş siyasətin nəticəsidir. Nazir vurğulayıb ki, uzunmüddətli perspektivdə bu təşəbbüslər cəmiyyətin sosial strukturunda müsbət dəyişikliklər yaradacaq, çünki bu gün ali təhsil alan qızlar gələcəkdə təhsilli və müasir düşüncəli analar kimi yeni nəsillərin formalaşmasına töhfə verəcəklər.
 
Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı fondun qadınların təhsili istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib, "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın davamlı təşəbbüslər sırasında olduğunu vurğulayıb.
 
Təqaüdçülər adından çıxış edən Bakı Dövlət Universitetinin tələbəsi Duyğu Əsgərli göstərilən dəstəyə görə təşəkkürünü bildirərək bu proqramın onun kimi gənc qızlara yeni təhsil və inkişaf imkanları yaratdığını qeyd edib.
 
Təqaüdçülərin təltif edilməsi ilə davam edən mərasim bədii hissə ilə yekunlaşıb.
 
Qeyd edək ki, "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2021-ci ildən etibarən həyata keçirilir və indiyədək 250-dən çox qız tələbənin təhsil və peşəkar inkişafına dəstək göstərilib. Layihə çərçivəsində regionlar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş, aztəminatlı və həssas qruplardan olan qız tələbələrə dəstək təqdim edilir.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
20:10 27.10.2026
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
20:07 27.10.2026
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
19:37 27.10.2026
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Tokayev Türkiyəyə gedir
19:24 27.10.2026
Tokayev Türkiyəyə gedir
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
19:11 27.10.2026
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol