‘Hepimiz hocalılıyız’ mitinqinə ermənilərdən cavab gəldi

‘Hepimiz hocalılıyız’ mitinqinə ermənilərdən cavab gəldi
Bütün Xəbərlər
12:20 06.03.2012
1686

Ermənilər “Hocalılıyız” mitinqindən təşvişə düşüb, 4 mart tarixində cavab aksiyası keçirdilər.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən veridyi xəbərə görə, 4 mart tarixində saat 13:00-da bir qrup etirazçı Qalatasaray meydanından Taksimə qədəretiraz yürüyüşü keçiriblər.

AksiyadaXocalı soyqırımının anma mərasimi zamanı bütün ermənilərin təhqir edildiyi bildirilib: “ “Hocalılıyız” mitinqi təkcə ermənilərə deyil, həm də Hrant Dinkin qətlinə "Hepimiz ermeniyiz" cavabını verənlərə və eyni zamanda bu torpaqlarda yaşayan bütün xalqlara bir göz dağı idi.

Qeyd edək ki, bu il fevralın 26-da İstanbulun Taksim meydanında “Hocalılıyız” aksiyası təşkil edilib və bu aksiyada 300 minə yaxın insan iştirak edib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR