“Hər an böyük faciə baş verə bilər” - Bakıda 10 ailənin həyatı təhlükədədir

“Hər an böyük faciə baş verə bilər” - Bakıda 10 ailənin həyatı təhlükədədir
SOSİAL
11:06 27.10.2025
232
Son aylarda yağan intensiv yağışlar nəticəsində Bakıda 10 ailənin həyatı təhlükə altına düşüb.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində evlərin divarlarında çatlar əmələ gəlib, hasarlar isə uçub.

Yeni Günəşli yaylası küçəsində yaşayan ailələr deyirlər ki, son bir ildə yağan intensiv yağışlar torpağın sürüşməsini daha da aktivləşdirib. İkimərtəbəli bəzi evlər hər an uçma təhlükəsi ilə üz-üzədir: "Evimdə çatlar baş verib. Bu gündən sabaha ümidimiz yoxdur. Sürüşmə nəticəsində hər an böyük faciə baş verə bilər. Acınacaqlı vəziyyətdəyik. Heç kimdən də kömək ala bilmirik. Hara gedirik, deyirlər ki, öz hesabınıza kirayəyə çıxın. Bizim də elə bir imkanımız yoxdur. Evdə körpə uşaqlarımız var”.

Sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Qurumun əməkdaşları əraziyə baxış keçirərək, evlərin boşaldılması üçün rəy veriblər. Burada yaşayan vətəndaşların sözlərinə görə, uçma təhlükəsi olan evlərdən birinin sahibi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya alaraq ərazini tərk edib. Digər 10 ailə də istəyir ki, kompensasiya ödənilsin və təhlükəli zonadan çıxsınlar.

Suraxanı RİH-dən isə bildirilib ki, məsələ araşdırıldıqdan sonra rəsmi açıqlama veriləcək.

Daha ətraflı videomaterialda:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
19:37 27.10.2026
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Tokayev Türkiyəyə gedir
19:24 27.10.2026
Tokayev Türkiyəyə gedir
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
19:11 27.10.2026
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu