“Hər bir azərbaycanlı ermənilərlə qonşuluğun məsuliyyətini unutmamalıdır” - Əli Həsənov

SİYASƏT
17:03 16.12.2013
1011
"Ermənilərlə qonşuluq Azərbaycan xalqı qarşısında ömürlük geosiyasi, geoiqtisadi, təhlükəsizlik və digər vəzifələr qoyur"

“Ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan gəncliyini, Azərbaycan aydınlarını, ziyalılarını, alimlərimizi, hər bir Azərbaycan vətəndaşını Dağlıq Qarabağ münaqişəsi başlayan gündən fəallığa çağırırdı. Çünki hər bir azərbaycanlı öz fəaliyyətində bu münaqişə istiqamətində ermənilərlə mübarizəni davam etdirməli və həyata keçirməlidir”.

APA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu gün keçirilən “Virtual Qarabağ” Mərkəzinin və internet səhifəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, hər bir azərbaycanlı məşğul olduğu sahədən asılı olmayaraq, ermənilərlə qonşuluğun məsuliyyətini və vəzifələrini unutmamalıdır: “Ermənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb. Ötən dövrlərdə biz ermənilərin fiziki, mənəvi, informasiya və digər basqılarına məruz qalmışıq. Bu, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayaraq bu gün də daxil olmaqla bu davam edir. 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilib. Bu siyasət müəyyən mənada ermənilərin, müəyyən mənada isə onların havadarlarının təşəbbüsü ilə baş tutub. Soyqırımı siyasəti təkcə azərbaycanlıları fiziki cəhətdən yox etmək deyil, onların malik olduğu əraziləri ələ keçirmək, onları dünyada biabır etmək və dünyanın gözündə Azərbaycan xalqının mədəniyyətinin, milli adət-ənənələrinin dəyərini aşağı salmaqdır”.

PA rəsmisi bildirib ki, buna görə də bizim nəslin qarşısında sözün əsl mənasında ciddi bir vəzifə dayanır: “Bu vəzifə ondan ibarətdir ki, ermənilərlə qonşu olduqca, onlardan gələn ziyanları, basqıları, millətimizə qarşı olan təhdidləri heç vaxt unutmamalı və mütəmadi olaraq onlara qarşı mübarizə aparmalıyıq. Faktiki olaraq ermənilərlə qonşuluq Azərbaycan xalqı qarşısında ömürlük geosiyasi, geoiqtisadi, təhlükəsizlik və digər vəzifələr qoyur. Mübarizə təkcə Azərbaycan xalqının, millətimizin, dövlətimizin fiziki təhlükəsizliyini təmin etməkdən ibarət deyil”.

Ə.Həsənovun sözlərinə görə, prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına dəfələrlə bəyan və xəbərdarlıq edib ki, hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi və bilavasitə iştirakı ilə bir anti-Azərbaycan kampaniyası aparılır: “Bu kampaniya hər gün, hər saat, hər dəqiqə aparılır. Bu kampaniya getdikcə öz miqyasını genişləndirir və millətimizə qarşı ciddi böhtanlarla müşayiət olunur.Bu günfaktiki olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılması və dünya ictimaiyyətinə çatdırılması uğrunda beynəlxalq aləmdə ermənilərlə mübarizə aparırıq”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmi erməni yalanlarından mühafizə etməyə çalışır: “Əlbəttə, bu mübarizə tək dövlətin gücü ilə aparıla bilməz. Bu gün çox sevinirəm ki, bu mübarizəyə Azərbaycan gəncliyi də qoşulub. Biz çox sevinirik ki, Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla, fiziki cəhətdən hazır çıxmaq haqqında deyil, beynəlxalq aləmdə, müasir dünyanın tələb etdiyi intellektlə və bu kimi vasitələrlə çıxmağa hazırlaşır və çıxır, özünün hazırlığını nümayiş etdirir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır