Vətəndaş Zülfüqar Həsənquliyev AZXEBER.COM müraciət edərək xərçəng xəstəliyindən əziyyət çəkən 1967-ci il təvəllüdlü anası Arzu Həsənquliyevanın müalicəsi üçün maddi kömək göstərilməsi ilə bağlı vətəndaşlardan, imkanlı şəxslərdən, dövlət qurumlarından yardım istəyib:
"Mənim anam 2012-ci ildən bəri xərçəng xəstəliyindən əziyyət çəkir. Bakıda müalicə aldı, ancaq nəticə etibarilə heç nə dəyişmədi. Bizə 2015-ci ilin noyabr ayında maddi kömək olundu, getdik İrana. Anam Tehran şəhərində Pars hospitalında bir kurs kimyəvi terapiya aldı. Amma bu müalicə çox bahalıdır. Bir dəfə gedib-gəlməyimizə 6 min dollar çıxdı. Həkim bizə "21 gündən sonra gəlməlisiniz" demişdi. Lakin maddi sıxıntımız yarandığından müalicəni davam etdirmək üçün növbəti kursa gedə bilmədik. Artıq gecikirik. Hələ 3-4 dəfə gedib-gəlməliyik. Müalicəyə 20 min pul lazımdır. Amma hər gecikdiyimiz gün anamın həyatı üçün təhlükə artır. Hər kəsdən kömək istəyirik. Hər kəs gücü çatan qədər bir dəfə kömək etsə, lazımi məbləğ yığılar".
Kömək etmək istəyən şəxslər MilliÖn aparatlarıyla ödəniş edə bilərlər.DəmirBank. Hesab nömrəsi: 110012558Əlaqə nömrəsi: 0552711471

