"Hər gün maliyyə itkiləri ilə üzləşirik" – Vahid Mustafayev

"Hər gün maliyyə itkiləri ilə üzləşirik" – Vahid Mustafayev
MEDIA
14:53 10.08.2016
4011
"Hər kəs dünyaya gələndə rəhmətə gedəcəyini bilir. Ancaq heç kəs də inanmaq istəmir ki, sabah rəhmətə gedəcək. Buna görə də hər şeyə bu qədər mütləq inanmayın. Qanunların ədalətli şəkildə bərpa olunduğu ilə bağlı faktlarımız da çoxdur". Bunu jurnalistlərə açıqlamasında ANS-in vitse-prezidenti Mirşahin Ağayev deyib.
Beynəlxalq təşkilatların ANS-in bağlanmasına reaksiya verməməsinə də münasuibət bildirən Mirşahin Ağayev qeyd edib ki, adətən belə hallar qarşı tərəfin istəyi ilə baş tutur: "Ancaq biz dövlətimizə inanırıq və gözləyirik. Dövlətimizin də tez bir zamanda bu məsələni araşdıracağına əminik. Öz dövlətimiz olan yerdə başqa beynəlxalq təşkilatlardan nəsə istəmirik və gözləmirik. Ancaq təbii ki, beynəlxalq təşkilatlar da maraqlanır. Onları da maraqlandıran suallar və suallarını müxtəlif səviyyələrdə cavablandıranlar var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir”.
M.Ağayev qanunlarla ədalətin bərpa olunacağına inandıqlarını söyləyib: “Telekanalın açılmasına yönəlik qanuni yollar və imkanlardan istifadə edirik. Bütün addımlarımız qanun çərçivəsindədir. Biz Azərbaycanın müstəqilliyi ilə həmyaşıdıq. Narazı qaldığımız məhkəmə qərarları olarsa, digər lazımi addımları atacağıq. Razı olacağıqsa, hər kəslə birlikdə bayram edəcəyik”.
Vahid Mustafayev də məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verib. O, ANS bağlandıqdan sonra həm telekanalın, həm də işçilərinin maliyyə sıxıntıları yaşadığını deyirb: “ANS-in 1000-dən çox əməkdaşı var. Bu, böyük kollektivdir. Hansı ki, onlar tək Bakı şəhərində yox, Azərbaycanın digər rayonlarında, ölkədən kənarda da fəaliyyət göstərirlər. Həmin işçilər bu gün sosial ağırlıq və çətinlik keçirir. Yəqin ki, qərar qəbul edəcək strukturlar bu barədə də düşünəcəklər. Bu, real problemlərdən biridir. Biz təşkilat olaraq, hər gün maliyyə itkiləri ilə rastlaşırıq. Buna baxmayaraq, bizim gündəlik maliyyə xərclərimiz eyni qalıb”.
Qeyd edək ki, V.Mustafayev məhkəmə zalında hakimə müraciətində qərar verərkən ANS-in bu günə qədər göstərdiyi xidmətlərin nəzərə alınmasını xahiş etmişdi: “Söhbət hansısa bir canidən, düşməndən getmir. Bu şirkət 25 ildir ki, fəaliyyət göstərir. 1000-dən çox işçisi var. Qərara verərkən bunu nəzərə almağınızı xahiş edirəm”. (Musavat.com)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib