Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə" fakültəsinin 1-ci kurs tələbəsi Süleymanov Cavid gənc yaşıdları arasında ulu öndər Heydər Əliyevə bağlılığı ilə seçilir. Cavidlə söhbətimiz də Fəxri Xiyabanda baş tutdu. - Cavid bəy, bir neçə gün sonra Azərbaycanda ulu öndərin 90 illik yubileyi qeyd ediləcək. Yubiley ərəfəsində sizin də bir gənc olaraq ulu öndərin gənclər siyasəti ilə bağlı fikirlərinizi bilmək mənə maraqlıdır.
- Bildiyiniz kimi, Cənab Prezidentimizin tapşırığı əsasında həm paytaxtda, həm də bölgələrdə yubiley üçün tədbirlər keçirilir, konsert proqramları təşkil edilir. Bu günlərdə insanların üzündən gülüş əksik olmur, əhali 10 mayı bayram kimi qeyd edir. Mən “İslahatçı Gənclər” ictimai birliyinin təşkil etdiyi Lənkəran şəhər icra hakimiyətinin dəstəyi ilə keçirilən Ulu Öndərin gənclər siyasətindəki rolu barədə konfransda bir daha şahidi oldum ki, Xalq ulu öndərini necə sevir. Sizə səmimi bir şeyi etiraf edim ki, artıq 1 ilə yaxın zamandır ki, hər həftə ulu öndərin məzarını ziyarət edirəm, məzarı önündə göz yaşlarımı saxlaya bilmirəm. Bunu haradasa deyəndə çoxu mənə gülür, amma bu içdən gələn bir şeydir. Öz yaşam fəaliyyətim boyu humanizm və dövlətçilik prinsiplərinə sadiq qalaraq Heydər Əliyevin ədəbi irsini təbliğ edəcəyimə və ulu öndərimizin həmçinin ulu öndərimizin yaratdığı siyasi xəttin davamçısı olan Cənab Prezidentimizin siyasətinə qarşı çıxanlara mübarizə aparacağıma söz vermişəm. - Cavid bəy, 17 yaşınız var və universitet tələbəsisiz. Bu fikirlərə görə, dostlarınız, qrup yoldaşlarınız arasında sizə müxtəlif epitetlər qoşanlar olurmu?
- İlk olaraq qeyd edim ki, heç kimin mənə qarşı hər hansı bir ittihamı və ya ünvanıma deyəcəyi söz mənim üçün ulu öndər sevgisindən üstün ola bilməz. Çünki bu sevgi mənim üçün bütün münasibətlərin fövqündə dayanır. Ulu öndərimizin əsasını qoyduğu və hal hazırda uğurla davam etdirilən dövlət-gənclər siyasətinə biganə yanaşanlara demək istəyirəm ki, utanın.
Qəlbində Ulu öndərə sevgi olan gənclərə gələcəkdə hər hansısa bir uğuru daha tez əldə etmək üçün, hökümət nümayəndlərinin diqqətini cəlb etmək üçün etdiyini deyirlər. Lakin onların diqqətinə çatdırmaq istəyərdim ki, Azərbaycanda hər kəs layiqli yerini tutur. Həm gənclər sektorunda həmçinin də idarə orqanlarında fəaliyyət göstərən fərdlər öz bilik səviyyələrinə, bacarıqlarına görə oradadırlar. Ölkəmizdə hər hansısa bir siyasətçini dəstəklədiyinə görə həmin insana yüksək əmək haqqı olan iş təklif edilmir. Və hər kəs əmin olsun ki, iqtidarı dəstəkləyən heç bir gəncin belə bir istəyi də yoxdu, bu sadəcə içdən gələn bir hissdir. Sadəcə bizim kimi gənclər haqqı nahaqdan ayırmağı bacarır. Kompleks məsələlərinə gəldikdə isə deyim ki, hər gün bu məsələlərlə bağlı polemikaya girirəm və mövqeyimi açıq-aydın bildirirəm. Hər hansısa bir müxalifətçilərdən çəkinmirəm və fikirlərinə əhəmiyyət vermirəm. “Karvan” məsələsi bu adamlara verilə biləcək ən gözəl cavabdır. - Sualı bir az konkretləşdirək. İqtidarın ən çox nəyini bəyənirsən?- Əgər müharibə şəraitində olan bir ölkədə firavan həyat yaşaya bilirəmsə, ölkəmdə əmin amanlıq hökm sürürsə, bir vətəndaş olaraq haqqlarım qorunursa, Cenab Prezidentimizin gənclərə olan qayğısından, diqqətindan faydalana bilirəmsə, oxuduğum ali təhsil müəssisəndə təhsil imkanlarından faydala bilirəmsə,öz fikrimi azad ifadə edə bilirəmsə mən iqtidardan niyə də narazı olmalıyam? Mən mövcud siyasi vəziyyətdən və Cənab Prezidentimizdən razıyam. Cənab prezidentimizin verdiyi sözlərə əməl etdiyi üçün daim İlham Əliyevi dəstəkləyirəm və seçkilərdə də namizədim hakim Yeni Azərbaycan Partiyasıdır.
- Sənin hazırda 17 yaşın var və ulu öndəri kifayət qədər görməmisən, sadəcə haqqında eşitmisən. Bəs, eşitdiyin amma sadəcə az gördüyün bir şəxsiyyət haqqında necə belə qətiyyətli fikirləşirsən?- Ulu öndər dünyasını dəyişərkən mənim 9 yaşım var idi. O zaman Ulu Öndərin gördüyü tədbirlərdən, siyasi fəaliyyətindən, ölkə quruculuğundan çoxda xəbərdar olmasamda, ibitdai sinifdən bizə vətəni sevməyi, ölkəni sevməyi öyrədirdilər. Və məndə böyüdükcə gördüm ki, vətənini, millətini, dövlətini sevən insan Heydər Əliyevdir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun ulu öndər Heydər Əliyev kimi lideri olub. Hələ 6-cı sinifdə oxuyarkən mən 11-ci sinif Azərbaycan Tarixi dərsliyindəki Heydər Əliyev fəaliyyəti mövzusunu əzbər bilirdim. Öz dərslərim bir kənarda qalırdı, ancaq ulu öndər haqqında oxuyurdum. Mənim tarix fənninə olan sevgimin də səbəbkarı məhz Ulu öndərdir. Mən vətənimi sevirəm, Dövlətimə bağlıyam və mübarizəm də bu yöndədir. Hal Hazırda mənim kimi gənclər çoxdur və mən bununla fəxr edirəm. Getdiyim çox yerdə Heydər Əliyev sevgisi olan həmyaşıdlarımla qarşılaşıram. Bir-birimizlə daim əlaqələr yaradaraq Heydər Əliyevin siyasəti barədə fikir mübadilələri aparırıq. Biz gələcəyimizə inanırıq. Biz gənclər Azərbaycanın İlhamlı gələcəyinə - cənab prezident İlham Əliyevə sadiqik.
- Cavid bəy, son olaraq nə demək istərdiz?
- Mən və mənim kimi yüzminlərlə gənc hesab edir ki, cənab prezidentimiz İlham Əliyev ulu öndərin layiqli davamçısıdır. Eyni siyasi xətt üzrə, xalqın maraqları naminə daim ölkəsi üçün çalışan bu insanlar Azərbaycan respublikasını son illərdə dünyanın qabaqcıl ölkələrinin inkişaf səviyyəsiylə müqayisə etdirəcək qədər yüksək inkişafına nail olublar.
Təsadüfi deyil ki, hal-hazırda Azərbaycan Qafqazın başlıca regionudur.Tək paytaxtımız deyil bütün Respublikanın şəhər və rayonları yüksək inkişaf həddinə çatmışdır.Azərbaycan Qafqazın iqtisadiyyatının 75%-ni təşkil edir.
Cənab Prezidentimizin göstərişləri əsasında Azərbaycan gəncləri dünyanın dörd bir yanında Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Sadalanacaq minlərlə nüans var. Xalq prezidentini sevir və prezidentinə dəstəkləyir. Hamımızın bildiyi kimi bu il ölkəmizin gələcək 5 illik müqəddəratı həll ediləcək. Əgər ölkəmizin qüdrətinin daha da artmasını, mövcud inkişafımızın daha da irəli getməsini istəyiriksə düzgün seçim etməliyik. Və inanıram ki, bu il də hakim partiyanın qələbəsi reallaşacaq. Mən də bir gənc olaraq bu yolda əlimdən gələni edəcəm.Fatimə İbrahimova