Hər iki ayağını itirən əsgərimiz – ‘Artıq protezlə gəzə bilirəm’ - FOTOLAR

Hər iki ayağını itirən əsgərimiz – ‘Artıq protezlə gəzə bilirəm’ - FOTOLAR
Bütün Xəbərlər
00:13 15.10.2014
1615

Avqustun 9-dan Türkiyədə müalicə olunan Azərbaycan Milli Ordusunun yaralı əsgəri Sərxan Tahirzadənin səhhəti tamamilə yaxşılaşıb. Həkimlər hər iki ayağı amputasiya edilən 19 yaşlı Sərxan Tahirzadəyə protez qoyublar və o, artıq sərbəst yeriyə bilir. 

AZXEBER.COM xəbər verir ki, bu haqda modern.az saytına Sərxan Tahirzadənin özü məlumat verib. “Artıq yeriyə bilirəm, səhhətim yaxşıdır, burdan Azərbaycana salam göndərirəm, səhhətimlə maraqlanan hər kəsə də təşəkkür edirəm”. Sərxan Tahirzadə hazırda protezlə adaptasiya dövrü keçir. O, ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağırılıb. 11 ay hərbi xidmət etdikdən sonra cəbhədə gedən döyüşlərdə ağır yaralanıb. Hadisə cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı baş verib. Sərxan ailəsinin yeganə övladıdır. Sərxan Tahirzadənin sözlərinə görə, onunla birgə Ankarada müalicə alan digər iki əsgərimiz- qarın nahiyəsindən ağır güllə yarası almış Elvin Əsgərov və və bir gözünü itirmiş Ədalət Məmmədovun da səhhəti qaydasına düşüb. O, vətənə nə vaxt qayıdacaqlarının dəqiqləşmədiyini qeyd edib. Azərbaycanın 3 yaralı əsgəri müalicə olunmaq üçün avqustun 9-da Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan Ankaraya aparılıb. Əsgərlərimiz Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər. 

OXŞAR XƏBƏRLƏR