Hər qadın dünyaya uşaq gətirə bilər, amma hər qadın ana ola bilməz!Bu gün körpə qoxusuna, körpə duyğusuna həsrət milyonlarla ailə varkən, ana bətnindəcə abort vasitəsilə körpəsini qətlə yetirən “valideynlər” də var.Analıq hissi, təkcə uşaq dünyaya gətirmək deyil, onun qayğısına qalmaq, beşiyini yırğalamaq, ona ehtiyacı olduğu sevgini bəxş etməkdir. Analıq hissi dünyanın ən pak, ən təmiz hissidir. Amma bəzən, analar bu gözəl hissi yaşamaqdan boyun qaçırırlar.Dünyada orta hesabla hər min qadına il ərzində 35 abort düşürİnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin müqayisəsində bu göstərici üzrə elə də ciddi fərq yoxdur. İnkişaf etmiş ölkələrdə bu göstərici hər 1000 qadın üzrə 24, inkişaf etməkdə olan ölkələrdə 35-dir. Abortların sayına ən aşağı göstərici Belçika, Hollandiya, Almaniya və İsveçrədir. Burada il ərzində 1000 qadına 10 abort düşür.Digər Qərbi Avropa ölkələrində, ABŞ və Kanadada bu göstəricici hər 1000 qadına 10-23 abort arasında dəyişir. Bu sahədə ən yüksək göstəricilər Rumıniya, Vyetnam və Kubada qeydə alınıb. Bu ölkələrdə hər 1000 qadına il ərzində 78-83 abort düşür. Ümumiyyətlə, orta göstəricilərə əsasən , hər bir qadın ömründə ən azı 1 dəfə abort etdirir.Təkcə Rusiyada hər il 1,6-1,7 milyon abort qeydə alınır. Amerikalıların apardıqları araşdırmalara görə, hər il dünyada 50-55 milyon qadın abort olunur. Onların 20 milyonu qeyri qanuni abortlardır ki, bu hal qadın ölümü hallarının artmasına səbəb olur. Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür.Arzuolunmaz hamiləlikdən qorunmaq üçün təbii çarələr də var. Lakin bunu da həkim məsləhəti ilə etmək lazımdır. Bu gün dünyada ən geniş yayılmış önləyici tədbirlərdən biri isə, cinsi əlaqələr zamanı qoruyucu vasitələrdən istifadədir. Təəssüf ki, bizim ölkədə bu vasitədən istifadə faizi çox aşağıdır.Ümumiyyətlə, həm hüquqi, həm dini, həm də insanı baxımdan süni abort arzuolunmaz haldır. Valideynlər öz övladlarının qatili olmamalıdırlar. Bunun üçün maariflənməyə ehtiyac var ki, biz də bu kiçik yazımızda buna cəhd etdik.Kəmalə TƏYYARQIZI