'Hər il YAP-ın sıralarına 25-30 min yeni üzvlər qəbul olunur' - AÇIQLAMA
Bütün Xəbərlər
15:57 23.04.2012
1113
Hər il Yeni Azərbaycan Partiyası sıralarına 25-30 min yeni üzvlərinin qəbul olunması Azərbaycan vətəndaşlarının ölkədə həyata keçirilən dövlət siyasətinə dəstəyin bariz göstəricisidir. AZXEBER.COM-un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası rayon və şəhər təşklatları sədrlərinin ümumrespublika müşavirəsində çıxışı zamanı YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib. İcra katibi bildirib ki, əgər insanlar bu siyasəti bəyənməsəydi, dəstəklənməsəydi və ya bunun faydasını görməsəydi, siyasətin həyata keçirilməsində yaxından iştirak etmək istəklərini ortaya qoymasaydılar hər il mütəmadi olaraq 25-30 minə qədər Azərbaycan vətəndaşı, xüsusilə gənclər partiya sıralarına qəbul olunmazdılar.