Hər müəllimə 20 min dollar - ARAŞDIRMA

Hər müəllimə 20 min dollar - ARAŞDIRMA
Bütün Xəbərlər
13:19 08.10.2014
2038
Ötən il orta məktəbi "5"lə bitirən məzunların 50 faizindən çoxu attestat qiymətlərini doğrulda bilməyib. Bu göstərici ölkədə təhsilin sahəsindəki vəziyyəti göz önünə sərir. Məktəblərdə şişirdilmiş qiymətlərin yazıldığını təsdiq edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu sahədə ciddi araşdırmalar aparıb.Məlum olub ki, ötən il tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,47%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42,26 faizi attestat qiymətlərini doğrulda bilib. Yəni, məzunların 60%-a yaxın hissəsi ali məktəblərə imtahan zamanı aşağı göstəricilər qazanıb.Bu isə məktəblərdə verilən yüksək qiymətlərin şişirdildiyini göstərir. Bəzi təhsil ekspertləri obyektiv qiymətləndirilmə aparılmamasının xüsusilə, kənd və rayonlarda müşahidə olunmasını müəllimlərin qeyri-peşəkarlığında görürülər. Bəzi hallarda idman müəllimi kimyadan dərs keçir. Çünki, məktəbdə yetərli sayda müəllim yoxdur. Müəllim işləyənlər isə daha çox Bakı və ətraf rayonlarda işləməyə maraqlıdır. Uzaq kəndlərə və rayonlara isə hər müəllim getmək istəmir. Nəticədə, ucqar rayonlarda peşəkar müəllim çatışmazlığı yaranır. Əslində, Nazirlər Kabineti gənc müəllimlərin bölgərdəki məktəblərdə işləməsi üçün stimullaşdırıcı qərar imzalayıb. Sentyabrın 15-dən isə bu qərar qüvvəyə minib. Ancaq bu addımlar da müəllimlərin bölgərdə işləməsi üçün maraq yaratmır.TQDK-nın açıqladığı rəsmi rəqəmlərə nəzər salmaq bölgələrədəki vəziyyəti müşahidə etməyə kifayət edir. Belə ki, ötən il Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan MR-sı Babək rayonunun cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.Bu rəqəmlər rayonlarda təhsil səviyyəsinin paytaxta nisbətdə çox aşağı olduğunu sübut edir. Ekspertlərin isə fikrincə, peşəkar müəllimlərin bölgələrdə işləməsinə maraq yaratmaq üçün stimullaşdırıcı addımlar atılmalıdır. Təkcə, Dağıstanda rayon yerində işləyəcək müəllimə 20 min dollar pul verilir. bununla yanaşı, həmin müəllimə təmannasız torpaq sahəsi ayrılır. Müəllimə yüksək maaş verilir və bütün maddi probləri həll olunur. Müəllim işləyəcək şəxs isə həyatını quracaq imkanları gördükdən sonra rayonda işləməyə daha maraqlı olur. Azərbaycanda isə bu vəziyyət tamam başqa cürdür. Bu təcrübə bizdə də tətbiq olunsada, təəssüf ki, yetərli səviyyədə deyil. Kəndlərdə bələdiyyə tərəfindən müəllimə torpaq ayrılır. Ancaq, müəllimə orada yaşamağa maraq yaratmaq üçün əlavə vəsait ödənilməlidir. Müəllim qazandığı maaşla ev tikə bilmədiyi üçün, rayonda işlədiyi müddətcə kirayədə qalmağa məcburdur.Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində müəllim kadrlarına ciddi ehtiyac aradan qaldırılıb.Cari dərs ilində ölkənin ümumtəhsil məktəblərinə 1700-dən çox müəllim işə qəbul olunub ki, onların 85 faizi kənd məktəblərində fəaliyyətə başlayıb.Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS PRESS-ə açıqlamasında yaranmış sualları cavablandırmağa çalışıb. O bildirib ki, təkcə bu il 1400-dən çox müəllim bölgərə göndərilib. Nazirlik rəsmisinin sözlərinə görə, gənc müəllimlərin bölgələrdə işləməsinə maraq yaratmaq üçün müvafiq işlər görülür, həvəsləndirici müsabiqələr keçirilir. C. Valehovun sözlərinə görə, müəllimləri bölgələrə məcburi aparmaq olmaz, gərək müəllimlərin özlərində də maraq olsun:
OXŞAR XƏBƏRLƏR