“Hər şey mümkündür” layihəsi həyata keçirildi

“Hər şey mümkündür” layihəsi həyata keçirildi
İQTİSADİYYAT
15:40 01.06.2026
1341

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən "Hər şey mümkündür” layihəsi çərçivəsində inklüziv inkişaf və birgə iştirakı təşviq edən xüsusi tədbir həyata keçirilib.

Tədbir çərçivəsində beynəlxalq səviyyədə tanınan "DanceAbility” metodologiyası əsasında oyun və hərəkət məşğələsi təşkil edilib. İnteraktiv formatda keçirilən məşğələ zamanı uşaqlar müxtəlif fəaliyyətlər vasitəsilə özlərini ifadə etmək, yaradıcılıqlarını nümayiş etdirmək, komanda ruhunu inkişaf etdirmək və birlikdə öyrənmək imkanı əldə ediblər.

Tədbirdə Bir ekosistem əməkdaşlarının övladları ilə yanaşı, Qırmızı Ürəklər Fondunun dəstək göstərdiyi daun sindromlu uşaqlar da daxil olmaqla ümumilikdə 20 uşaq iştirak edib. Fərqli bacarıqlara malik uşaqların bir araya gəldiyi tədbir qarşılıqlı anlayışın, bərabər imkanların və inklüziv dəyərlərin təşviqinə xidmət edib.

Layihənin əsas məqsədi uşaqlar arasında qarşılıqlı ünsiyyətin gücləndirilməsi, sosial inteqrasiyanın təşviqi və fərqli bacarıqlara malik uşaqlar üçün inklüziv mühitdə birgə inkişaf imkanlarının yaradılması olub.

Fond gələcəkdə də uşaqların rifahına, inkişafına və inklüziv mühitdə aktiv iştirakına dəstək verən layihələrin həyata keçirilməsini davam etdirəcək.

Ətraflı məlumat: www.b-b.az/rhhsm  

"Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
10:12 31.10.2026
Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
09:57 31.10.2026
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
09:49 31.10.2026
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
09:41 31.10.2026
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
09:33 31.10.2026
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
09:28 31.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
09:26 31.10.2026
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
09:16 31.10.2026
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
09:14 31.10.2026
SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
09:05 31.10.2026
Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
Timsah 14 yaşlı məktəblini parçaladı
08:56 31.10.2026
Timsah 14 yaşlı məktəblini parçaladı
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
08:52 31.10.2026
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
08:45 31.10.2026
Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini bildirib
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
08:40 31.10.2026
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, yaralananlar var
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
08:35 31.10.2026
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər
08:29 31.10.2026
Polşanın Konstitusiya Məhkəməsi ətrafındakı böhrana görə iki səfir istefa veriblər