Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mahir İbrahimov tərəfindən həyata keçirilən “Hər şey Vətən üçün!” adlı layihəyə start verilmişdir.
Layihə Quba rayonunda noyabr ayının 1-dən fevral ayının 1-nə qədər davam edəcəkdir.
Layihənin məqsədi regionlarda gənclərin sağlam həyat tərzinə alışdırılması, hərbi-vətənpərvərlik ruhunun artırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılmasıdır.
Qeyd edək ki, 3 ay davam edəcək layihədə region gənclərinin hərbi-vətənpərvərlik mövzusunda maarifləndirilməsi planlaşdırılır.