"Azərbaycanda bu qədər basqı olunan özümdən başqa ikinci bir müğənni görməmişəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri MTV Azərbaycanda "Tarixin bir günü" verilişində müğənni Üzeyir Mehdizadə deyib.
Sənətçi yaşadıqlarından dərs aldığını dilə gətirib:
"Azərbaycanda bu qədər basqı olunan özümdən başqa ikinci bir müğənni görməmişəm. Bu acı reallıqdır, bunu hamı görüb. Bütün bu yaşadıqlarım mənə dərs olub. Mənim qədər hədəf göstərilən ikinci bir adam hələ görməmişəm. Amma qanacaq, mərifət, sakit durmaq da bir yerə qədərdir. Bəzi yerlər var ki, orada susmaq özü qanacaqsızlıqdır. Amma hər şeyin həddi var. İnsan nə qədər sakit dura bilər? Nə vaxtsa dillənməlisən".
Aysel












































