Hər şeyin zibilini çıxarmaq

Hər şeyin zibilini çıxarmaq
KÖŞƏ
11:02 03.08.2012
2076
Seymur VerdizadəSəhhətində yaranmış problemlərlə əlaqədar olaraq tez-tez Təbrizə müayinəyə gedən dostum bu dəfə geri qayıdanda bərk dilxor idi. Mən, ondan niyə dilxor olduğunu soruşanda, belə cavab verdi: “Azərbaycanlılar İranın da zibilini çıxarıblar”.
Söhbət əsnasında məlum oldu ki, ötən illərlə müqayisədə son vaxtlar İranda müalicə və müayinə prosesinin qiyməti bir neçə dəfə qalxıb. Dostum İran səhiyyəsində bahalığın yaranmasına görə, şimaldan gedən soydaşlarımızı günahlandırdı. Dedi ki, müayinə olunmaq üçün Təbrizə və Tehrana gedən bəzi azərbaycanlılar israfçılıq etməklə bu ölkədə də bahalıq yaradıblar. Onun dediyinə görə, bəzi soydaşlarımızın müayinə haqqını artıqlaması ilə ödəməsi klinika sahiblərini qiymətlərə “əl gəzdirməyə” həvəsləndirib.Ötən həftə Borçalı Türklərinin Elat Mədəniyyət Günündə iştirak etmək üçün Gürcüstana getmişdim. Bakıdan gedən qonaqlar Marneuli rayonunun mərkəzində yerləşən “Star” mehmanxanasında qalırdılar. Təşkilatçılar mehmanxanada qaldığımız hər gün üçün 25 manat ödəyirdilər. Mehmanxananın sahibinə qiymətlərin baha olması ilə bağlı irad bildirəndə belə cavab verdi: “Azərbaycanda 40 manatdan ucuz otel yoxdur. Keçən ay Şəmkirdən olan müştərimiz dediki, bu rayonda fəaliyyət göstərən mehmanxanada bir otağın qiyməti 80 manatdır”. Ağzımı açmağa macal tapmamış sözünün davamını gətirdi: “Bakıdan gələn turistlər deyirlər ki, Azərbaycanda 25 manatı olan adamı heç otelin qapısından içəri buraxmırlar”.Gürcüstan səfəri çərçivəsində dağların qoynunda yerləşən qədim Dmanisi rayonunda da olduq. Səməd adlı tanışımdan rayon mərkəzində kirayə verilən evlərin qiymətini soruşanda, başını bulayıb, belə dedi: “Müəllim, xətrinizə dəyməsin, sizinkilər Gürcüstanın da zibilini çıxarıblar”. Məlum oldu ki, ötən il evlərini turistlərə cəmi 150-200 lariyə kirayə verən yerli sakinlər indi qiyməti 300-350 lariyə qaldırıblar. Səməd bahalığın səbəbini belə izah etdi: “Ötən il gürcü qonşum evini Bakıdan gələn ailəyə sizin pulla 100 manata kirayə vermişdi. Ailənin başçısı Azərbaycana qayıdanda gürcüyə 200 manat verib və deyib ki, biz Qəbələdə 200 manata cəmi iki gecə qala bilərik. İndi həmin gürcü evini Gəncədən gələn universitet müəlliminə 200 manata kirayə verib”.Bəzi imkanlı soydaşlarımızın kasıb qonşularımız olan İranda və Gürcüstanda bu cür hərəkət etməsi heç də yaxşı əlamət deyil. Çünki onların “zibilinə” çox baxt bizim kimi sadə adamlar düşür. Buna görə də hər şeyin “zibilini” çıxarmaq olmaz...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub