Hərbçi 22 yaşlı qızı zorladı

Hərbçi 22 yaşlı qızı zorladı
DÜNYA
15:53 21.01.2015
6021
Qırğızıstanda hərbçi 22 yaşlı qızı zorlayıb.Hadisə İsık-Atinski rayonunda baş verib. Qırğızıstan Respublikası Sərhəd qoşunlarının leytenantı Dinara adlı qızı aldadaraq qaldığı yataqxanaya aparıb.Dinara 8 yanvarda axşam saat 7-də işdən evə qayıdıb. Təxminən bir saatdan sonra pulunu işdə unutduğunu deyib və anası Roza Aşimbayevadan icazə alaraq iş yerinə gedib. Qızının gec qayıtdığını görən ana, ona zəng vursa da, Dinara cavab vermir. Qızının zənglərinə mesajla cavab verməsi ananı narahat edir və təkrar onu yığır. Dinara nəhayət telefona cavab verərək, hər şeyin qaydasında olduğunu, sadəcə rəfiqəsinin avtomobilinin xarab olduğu üçün onu tək buraxmaq istəmədiyini bildirir. Bu danışıqdan saatlar keçməsinə baxmayaraq Dinara evə gəlib çıxmır və telefon zənglərini də cavablandırmır.Təxminən səhər saat 6 radələrində Rozagilin qapısını qohumları döyür və içəri girərək oturub sakitləşməsini istəyir. Qadın özünə gəldikdən sonra Dinaranın zorlandığını xəbər verir. Qız özü isə utandığından və ağrıdan evə girmək istəməyib. Xəbəri eşidər-eşitməz qaçaraq evdən çıxan ana, onu maşında döyülmüş və hürkmüş vəziyyətdə oturmuş görür.Dinara onu zorlayan şəxslə 3 gün əvvəl tanış olduğunu söyləyir. Leytenant rütbəli hərbi qulluqçunun həm də namaz qılması qızda ona qarşı inam yaradır. Hadisənin baş verdiyi gün hərbçi qızta görüşmək arzusunu bildirir və qızın etirazı ilə qarşılaşınca təkid edir.Unutduğu pulu götürmək üçün iş yerinə qayıtmaq lazım gəldiyini görən qız, hərbçiyə zəng edərək görüşməyə razı olduğunu deyir. Hərbçi Dinaranı iş yerinə aparır, sonra isə komandirə paket verməli olduğunu deyərək maşını hərbi hissəyə sürür. Qızı aldadaraq yataqxanaya aparır və bıçaqla hədələyərək zorlayır. Dinara ona nə qədər yalvarsa da, üstündəki pulları təklif etsə də, hərbçi ona qulaq asmır.Qızı zorladıqdan sonra hədələməyə başlayır və baş verənləri kimsəyə danışmamasını tələb edir. Dinara susacağına söz verdikdən sonra, qızı hərbi hissənin yanındakı meydançaya buraxır. O, bu vəziyyətdə milis idarəsinə getməyi bacarır və zorlandığı barədə əzirə yazır. Əməliyyatçılar təcavüzçünü dərhal saxlayırlar. Həbs edilərkən hərbçi sakitcə öz çarpayısında yatırdı. Düzdür, o, zorakılıq əlamətini sübut edən qanlı döşək ağını paltarlarının arasında gizlətmişdi. Otaqda aparılan axtarış zamanı zərərçəkmişin sınmış sırğaları, saç sancağı və qızı hədələdiyi bıçaq tapılır.Qırğızıstan sərhəd xidmətinin leytenantına qarşı cinayət işi açılır və həbs edilir. Müxtəlif bədən xəsarətləri almış Dinara, qapalı kəllə-beyin travması ilə isə hazırda həkim nəzarətində müalicə alır. Bundan əlavə, onun hər hansı infeksiyaya yoluxmasını müəyyən etmək ümün ginekoloqlar yoxlayır.Hərbçinin həbsindən sonra atası Dinaranın anası ilə görüşərək istənilən gün oğluna toy çaldıraraq onu evinə gəlin gətirməyə hazır olduğunu bildirir. "Sənin oğlun cinayətkardır və öz cəzasını çəkməlidir"- deyərək onun təklifini qəbul etmir. Rədd cavabı alan kişi, bir daha onların ayağına gəlməyəcəyini və hansı yollar olursa olsun oğlunu türmədən buraxdıracağını bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
13:48 21.05.2025
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
13:46 21.05.2025
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
12:21 21.05.2025
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar