Hərbçiləri qəzaya düşdü: 2 nəfər ağır yaralandı

Hərbçiləri qəzaya düşdü: 2 nəfər ağır yaralandı
Bütün Xəbərlər
14:55 24.07.2014
654
Bu gün saat 10:30-da Masallı rayonunda hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.Ağır yol qəzası Ələt–Astara avtomobil yolunun Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb.Belə ki. müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Ələs oğlu Qocayev idarə etdiyi Daxili Qoşunlara məxsus “QAZ-3108” markalı, 09-46 DQ dövlət nömrə nişanlı hərbçiləri daşıyan maşınla gedərkən 1983-cü il təvəllüdlü Xalid Sultan oğlu Səlimlinin idarə etdiyi “VAZ-21154” markalı avtomobillə toqquşub.Qəza nəticəsində “VAZ-21154” markalı avtomobil əzilərək istismara yararsız hala düşüb. Maşının sürücüsü və sərnişin 1982-ci il təvəllüdlü Toğrul Ağayev ağır yaralanıblar. Onları xəstəxanaya yerləşdiriblər.Qəza nəticəsində hrbçilərdən xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR