Erməni polkovniki məhv edilib.
Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ ərazilərindəki erməni mövqelərinin artilleriya atəşinə tutması barədə görüntüləri əks etdirən videogörüntülər yayıb.
Atəş nəticəsində həmin vaxt ərazidə olan erməni hərbçiləri ölüb, həmçinin yaralılar da var. Ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub.
Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var.
///oxu.az