Xəbər verdiyimiz kimi, bu gün Bakı-Qazax avtomagistralının Tovuz rayonunun Əyyublu kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.
Qəza zamanı 28 yaşlı İsmayıllı rayon sakini baş leytenant Elçin Nəzərov və Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu 31 yaşlı Seymur Zeynalov yanaraq yerindəcə dünyasını dəyişib.
İlkin ehtimala görə hadisəyə səbəb Mersedesin yüksək sürətlə Ford markalı mikroavtobusun yoluna çıxması olub. Qəzanın daha dəqiq səbəbləri isə Baş Dövlət Yol Polis İdarəsi və Tovuz rayon Prokurorluğunda araşdırılır.
AZXEBER.COM Azvision.az-a istinadən qəzanın videosunu təqdim edir: