Hərbçimiz yaralanaraq neytral ərazidə qalıb (VİDEO)

Hərbçimiz yaralanaraq neytral ərazidə qalıb (VİDEO)
Bütün Xəbərlər
00:00 17.07.2012
1606
Ermənistan silahlı qüvvələrinin iyulun 15-i gecə saatlarında açdığı atəş nəticəsində milli ordumuzun hərbi qulluqçusu yaralanıb. Onun neytral ərazidə qaldığı bildirilir. Bu səbəbdən də həmin əraziyə baxış keçirmək mümkün olmayıb. Əsgərin axtarışları hələlik nəticə verməyib.Bu gecə cəbhənin Tovuz istiqamətində Ermənistan ordusunun açdığı atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin daha bir hərbi qulluqçusu vurulub. Bu əslən Tərtər rayonunun Seydimli kəndindən olan və müddətdən artıq xidmət edən Orucov Elçin Raquf oğludur. Ailə üzvlərindən aldığımız məlumata görə, hadisə gecə saat 22:00 radələrində baş verib.Qohumlarının sözlərinə görə, Elçin Orucov yaralandıqdan sonra telefon vasitəsilə bir neçə dəfə qardaşına və atasına zəng edib.Qeyd edək ki, hadisə Tovuz rayonunun Qaralar kəndi istiqamətində baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi barədə isə hələlik dəqiq məlumat yoxdur. Hərbi hissədən yaralının yaxınlarına bildirilib ki, hazırda Elçin Orucovun axtarışları davam edir.
OXŞAR XƏBƏRLƏR