Hərbçini maşın vurdu

Hərbçini maşın vurdu
Bütün Xəbərlər
12:56 08.04.2013
1314

Gəncədə yolu keçmək istəyən hərbiçini avtomobil vurub.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Göygöl rayon Qızılqaya qəsəbə sakini, 1984-cü il təvəllüdlü Avazov Kənan idarə etdiyi “QAZel” markalı avtomobillə şəhərin Nərimanov prospektində qəza törədib. O, yolu keçmək istəyən, Gəncədəki “N” saylı hərbi hissədə müddətdən artıq xidmət keçən Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Mahmur Musayevi vurub. Bədən xəsarətləri alan əsgər hərbi hospitala yerləşdirilib. Onun səhhətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR