Hərbi hissədə insident: 1 əsgər öldü, 2-si yaralandı

Hərbi hissədə insident: 1 əsgər öldü, 2-si yaralandı
Bütün Xəbərlər
12:30 18.01.2012
1388

Yanvarın 18-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində ölümlə nəticələnən hadisə baş verib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub, digər iki əsgərimiz isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Hadisə ilə bağlı Müdafiə Nazirliyinin aidiyyəti qurumları araşdırma aparır, Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR