Hərbi hissədə partlayış baş verdi: yaralılar var

Hərbi hissədə partlayış baş verdi: yaralılar var
Bütün Xəbərlər
23:39 11.11.2011
1562

Hadisə şahidlərinin verdikləri məlumata görə, Müdafiə Nazirliyinin hərbi hissəsinin texnika parkında minaatan batareyaya məxsus hərbi avtomobildə yanğın başlayıb. Yanğın nəticəsində avtomobildə olan sursat partlayıb. Partlayan mərmilərin qəlpələri bir neçə kilometr ətrafa səpələnib. Yaxınlıqda yaşayan sakinlər evlərindən və təhlükəli ərazilərdən çıxarılıb. Beyləqan rayon polis şöbəsindən Lent.az-a bildirilib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar var. Hadisə nəticəsində kənd sakinlərindən bir qadının yaralandığı bildirilir. Hərbçilər arasında həlak olanların olub-olmadığı hələlik bəlli deyil. Yanğın saat 22 radələrində söndürülüb. Hazırda FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

OXŞAR XƏBƏRLƏR