Hərbi komissarlıqların ləğvi nəyi dəyişəcək? - EKSPERT RƏYİ

Hərbi komissarlıqların ləğvi nəyi dəyişəcək? - EKSPERT RƏYİ
Bütün Xəbərlər
22:42 14.02.2012
1633
Azərbaycanda hərbi çağırış sistemində əsaslı dəyişiklik edilib. Belə ki, prezident İlham Əliyevin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi ilə bağlı imzaladığı fərmana əsasən, Müdafiə Nazirliyinin tərkibində olan hərbi komissarlıqlar ləğv edilib.Qeyd edək ki, bu qurum həm çağırışa qədərki gənclərin qeydiyyatı, həm hərbi xidmətə çağırış, həm də xidmətini başa vuran və ehtiyatda olan hərbçilərin mütəmadi toplanışlarının keçirilməsi ilə məşğul olacaq. Mütəxəssislər bu qurumun əsas müsbət cəhətinin də məhz bu olduğunu deyirlər.Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli düşünür ki, bundan sonra hərbi toplanışlar keçiriləcək: “Türkiyə ordusunda və digər ölkələrin ordularında da belədir. Düşünürəm ki, Azərbaycanda da belə bir qurumun olması çox yaxşı haldır”.Millət vəkili Çingiz Qənizadə isə bu islahatın korrupsiya hallarının azaldılması baxımından əhəmiyyətli olduğunu düşünür. O hesab edir ki, hərbi komissarlıqların ləğvi korrupsiya ilə mübarizə prosesində şəffaflığı təmin edəcək. Onun sözlərinə görə, bu, hərbi çağırışda olan neqativ halları aradan qaldıracaq: “Bu, həm də çağırışla bağlı prosedurları asanlaşdıracaq və mövcud olan bir çox problemləri həll edəcək”.Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə hesab edir ki, bu qərar həm Azərbaycanın ordu quruculuğu ilə bağlı beynəlxalq standartlara keçidi, həm də NATO-nun “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində üzərinə götürdüyü öhdəliklər baxımından mühüm addımdır. Millət vəkili yeni quruma işçilərin yeni prinsiplərlə götürülməli olduğunu deyir. Onun sözlərinə görə, bir necə müddət əvvəl bir neçə hərbi komissar rüşvətlə bağlı həbs edilib: “Bir sıra yüksəkçinli hərbçinin korrupsiya hallarında adlarının hallanması ordu quruculuğuna mənfi təsir edirdi”.Millət vəkilinin sözlərinə görə, yeni yaradılmış qurumun işçilərinə dövlət qulluqçusu statusu verilməlidir və onlar işə xüsusi imtahanla götürülməlidir.Qeyd edək ki, bu dəyişiklik nəticəsində hərbi komissarlıqların əməkdaşları iş yerlərini itirməyəcək. Onlar yeni yaradılmış qurumda işlərini davam etdirəcək.
ANS
OXŞAR XƏBƏRLƏR