Hərbi maşın aşdı, ölən və yaralılar var

Hərbi maşın aşdı, ölən və yaralılar var
Bütün Xəbərlər
13:22 11.02.2012
1321
Azərbaycan Müdafiə Nazirliyinə məxsus hərbi maşın aşıb. Goranboy rayon polis şöbəsindən şənbə günü verilən məlumata görə, Tərtər-Goranboy yolunun Goranboy rayonu ərazisində "UAZ" markalı hərbi maşın buzlu yolda sürüşüb və aşıb.Qəza zamanı Milli Ordunun bir əsgəri həlak olub, bir neçə əsgər isə xəsarət alıb.Məlumata görə, avtomobil Ağcabədi rayonundakı hospitalda müalicə olunmuş əsgərləri hərbi hissəyə gətirirmiş.Xəsarət alan hərbçilər Ağcabədidəki hərbi hospitala yerləşdirilib.Faktla bağlı Cinayət Məcəlləsinin maşınları idarəetmə və istismar qaydalarını pozma zərərçəkmişin ölümünə səbəb olduqda (351.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR