Hərbi Prokurorluğun mətbuat katibi işdən çıxarıldı

Hərbi Prokurorluğun mətbuat katibi işdən çıxarıldı
SOSİAL
14:48 19.09.2025
321
Hərbi Prokurorluqda yeni kadr təyinatı olub.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, bu barədə hərbi prokuror Bəhruz Əhmədov əmr imzalayıb.

Əmrə əsasən Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev vəzifəsindən ayrılıb. Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Mətbuat katibi vəzifəsindən ayrılan F.Əliyevin hazırda hərbi prokurorun böyük köməkçisi kimi fəaliyyətinə davam etdiyi bildirilib.

OXŞAR XƏBƏRLƏR