Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir - RƏSMİ

SOSİAL
16:30 30.09.2020
1333

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncamının icrası istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin hərbi hissələrə yola salınmasını təmin etmək üçün zəruri tədbirləri operativ qaydada həyata keçirir.

Dövlət Xidmətindən verilən məlumata görə, respublikanın şəhər və rayonlarında qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımız Xidmətin yerli struktur bölmələrinə böyük ruh yüksəkliyi ilə gəlirlər.

Hərbi vəzifəlilər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu sıralarına qələbə əhval ruhiyyəsi ilə yola düşürlər.

Qeyd edək ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Bununla belə Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə, elektron resurslarına könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və əsgərlərimizə lazımi kömək göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.


 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:42 31.10.2020

Avropanın daha bir ölkəsində karantin elan edildi

23:23 31.10.2020

Düşmənin artilleriya və minaatan batareyaları məhv edilib - Video

23:03 31.10.2020

MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır

22:33 31.10.2020

Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

22:12 31.10.2020

Azərbaycanda şəhid analarına həsr edilmiş film çəkildi - VİDEO

22:11 31.10.2020

Türkiyə Prezidentinin sözçüsü COVID-19-a yoluxub

21:51 31.10.2020

Mixeil Saakaşvili: “Gürcüstanda hakimiyyət dəyişir”

21:38 31.10.2020

Azərbaycan Ordusunun döyüş ruhunu göstərən VİDEO

21:36 31.10.2020

Makron: “Mən Müsəlmanların hisslərini başa düşürəm”

20:30 31.10.2020

Baş Prokurorluq: "Vaaqn Çaxalyanla bağlı başladılan cinayət işi üzrə istintaq davam etdirilir"

20:12 31.10.2020

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb

18:46 31.10.2020

Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

18:27 31.10.2020

Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

18:10 31.10.2020

ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir

17:53 31.10.2020

MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

17:30 31.10.2020

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur"