Hərbi xidmətdən boyun qaçıranları hansı cəza gözləyir? - Vəkildən açıqlama

Hərbi xidmətdən boyun qaçıranları hansı cəza gözləyir? - Vəkildən açıqlama
SOSİAL
12:33 17.03.2026
1812
əbər verdiyimiz kimi, Azərbaycanda hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilib. Yeni qaydalara əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə, hərbi xidmətə və ya səfərbərlik çağırışına gəlməyən şəxslər "çağırışdan boyun qaçıran” hesab olunacaq.

Dəyişikliklərə görə, bu şəxslərin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilə bilər. Qərar artıq 2026-cı il yanvarın 23-də qəbul edilən Ali Məhkəmə Plenumunun qərarında da əksini tapıb. 

Vəkil Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu dəyişikliklər "çağırışdan boyun qaçırma” anlayışının daha geniş şəkildə müəyyən edilməsini nəzərdə tutur:

"Hərbi xidmətdən yayınan şəxslərlə bağlı qaydaların sərtləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyində bir sıra normativ aktlara edilən dəyişikliklərlə həyata keçirilmişdir. Bu dəyişikliklər, ilk növbədə, "çağırışdan boyun qaçırma” anlayışının daha dəqiq və geniş şəkildə müəyyən edilməsini nəzərdə tutur. 


27 dekabr 2024-cü il tarixli qanunla Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında” və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunlara düzəlişlər edilib. Bu dəyişikliklərə əsasən, vətəndaşın üzrlü səbəb olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə hərbi xidmətə çağırış zamanı gəlməməsi artıq hərbi xidmətdən yayınma kimi qiymətləndirilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli qərarı ilə bu dəyişikliklər məhkəmə təcrübəsi baxımından daha da dəqiqləşdirilmişdir”.

Vəkil qeyd edib ki, çağırış vərəqəsi vətəndaşa müxtəlif vasitələrlə təqdim olunur:

"Plenum qərarının 2-ci bəndinə əsasən, çağırış vərəqəsi vətəndaşa müxtəlif vasitələrlə – elektron kabinetə yerləşdirilmə, SMS bildirişi, poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim edilmə yolu ilə çatdırıldıqda şəxs rəsmi qaydada məlumatlandırılmış hesab olunur. Bununla yanaşı, qərarın 2-2-ci bəndində göstərilir ki, çağırış vərəqəsi ilə məlumatlandırılmasına baxmayaraq, cari çağırış müddəti başa çatanadək üzrlü səbəb olmadan tibbi müayinəyə gəlməmək, hərbi xidmətə yola düşmək üçün müvafiq quruma müraciət etməmək, hərbi təlim və toplanışlara qatılmamaq və ya səfərbərlik zamanı çağırışa gəlməmək hərbi xidmətdən yayınma kimi qiymətləndirilə bilər. Həmçinin Plenum qərarının 2-3-cü bəndində qeyd edilir ki, yaşayış yerini dəyişərkən hərbi qeydiyyat qaydalarının pozulması adi hallarda inzibati məsuliyyət yaratsa da, əgər bu davranış çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq və ya hərbi xidmətdən yayınmaq məqsədi ilə həyata keçirilirsə, həmin hərəkətlər də cinayət məsuliyyətinə səbəb ola bilər”.

O gözlənilən yeniliklərdən də danışıb: 

"Yeni qaydalara görə çağırışdan yayınan şəxslərə qarşı tətbiq ediləcək hüquqi tədbirlər də daha geniş və konkret xarakter almışdır. Əvvəla, çağırışçıya çağırış vərəqəsi qanunla müəyyən edilmiş qaydada təqdim edildikdən sonra onun üzərinə çağırış üzrə tədbirlərdə iştirak etmək öhdəliyi qoyulur və bu öhdəliyin üzrlü səbəb olmadan yerinə yetirilməməsi məsuliyyət yarada bilər. Ali Məhkəmə Plenumunun qərarının 4-1-ci bəndinə əsasən, şəxsin hərbi xidmətdən yayınmaq niyyətini göstərən hallara çağırış vərəqəsini qəbul etməkdən imtina etməsi, olduğu yeri gizlətməsi, xəbər vermədən xaricə getməsi, xəstə olduğunu simulyasiya etməsi, saxta sənəd hazırlaması və ya təqdim etməsi, möhlət hüququ verən halların aradan qalxdığını gizlətməsi kimi davranışlar aid edilə bilər. Belə hallar müəyyən edildikdə şəxsin əməli Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə qiymətləndirilərək cinayət məsuliyyəti yarada bilər”. 

R.Qaraşov qeyd edib ki, şəxsin sonradan könüllü şəkildə müraciət etməsi yalnız cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilər:

"Qanunvericiliyə edilən dəyişikliklərə əsasən hərbi xidmətə çağırışdan yayınan şəxslər barəsində çağırış üzrə qərar qəbul edilənədək onların ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması da mümkündür. Plenum qərarının 5-ci bəndində isə qeyd olunur ki, hərbi xidmətdən yayınma uzanan cinayət hesab olunur və şəxsin çağırış üzrə müəyyən olunmuş müddət ərzində üzrlü səbəb olmadan aidiyyəti orqana gəlməməsi ilə hüquqi baxımdan başa çatmış sayılır. Bununla belə, şəxsin sonradan könüllü şəkildə müraciət etməsi cinayətdən imtina kimi deyil, yalnız cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilər. Beləliklə, qəbul edilən dəyişikliklər çağırışdan yayınma hallarının qarşısının alınmasına, məhkəmə təcrübəsində vahid yanaşmanın formalaşdırılmasına və hərbi çağırış sisteminin daha səmərəli fəaliyyətinə xidmət edir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq