Hərbi xidmətdən yayınanlara qarşı qaydalar SƏRTLƏŞDİRİLİR

Hərbi xidmətdən yayınanlara qarşı qaydalar SƏRTLƏŞDİRİLİR
SOSİAL
11:29 16.03.2026
1015
Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir.

Bu abrədə AZXEBER.COM-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə 2024-cü il 27 dekabr tarixli qanunu qəbul edilib. Həmin qanunla Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən "çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Miqrasiya Məcəlləsində dəyişiklik edilib.

Artıq bu dəyişikliklər "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Plenumun 23 yanvar 2026-cı il tarixli qərarında da öz əksini tapıb.

Belə ki, Plenumun qərarında Cinayət Məcəlləsinin 321.1-ci maddəsində məsuliyyətə səbəb olan əməllər qismində bir sıra hallar göstərilib. Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək, habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlü səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdə hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur.

Bundan başqa, çağırışçının hərbi xidmətdən yayınmaq, o cümlədən tibbi müayinəyə (tibbi şahədətləndirməyə), müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başa çatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi qeydiyyata durmaması və ya yaşayış yerini dəyişərkən "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 7.3-cü maddəsində göstərilən vəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməməsi də CM-in 321-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə bilər.

Yuxarıda qeyd olunan kateqoriyalara aid, ölkənin hüdudlarında və kənarında olan, aktiv möhlət hüququ olmayan vətəndaşlarımıza bildirmək istərdik ki, hərbi vəzifələrinin icrasına və hərbi öhdəliklərinə məsuliyyətlə yanaşsınlar, habelə hərbi biletlərində və "mygov” platformasında olan şəxsi kabinetlərində qeyd olunan vaxtda Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələrinə yaxınlaşmalıdırlar. Hərbi sahədə qanunvericiliyin təkmilləşdirilməsi ölkənin milli təhlükəsizliyini gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib