Azərbaycanda hərbi yük avtomobili qəza törədib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 3-də saat 19 radələrində Qusar rayonu ərazisində Türkiyə vətəndaşı Tanrıverdi Zəkəriyyənin idarə etdiyi “Jeep” markalı və Fariz Əsgərovun idarə etdiyi “Zil” markalı avtomobillər toqquşub. Nəticədə T. Zəkəriyyənin xəsarət almış sərnişini, Türkiyə vətəndaşı Ərdoğan Ənvər Hüseyn xəstəxanaya yerləşdirilib. 1994-cü il təvəllüdlü F. Əsgərovun idarə etdiyi “Zil” markalı avtomobil Müdafiə Nazirliyinə məxsusdur.