Hərbiçilər qəzaya düşdü

Hərbiçilər qəzaya düşdü
Bütün Xəbərlər
13:04 05.11.2012
1195

Azərbaycan ordusunun zabiti və giziri yol qəzasına düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Abşeron rayonunun Hökməli kəndi ərazisində baş verib.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbçiləri – zabit Elnur Telman oğlu Əliyev və gizir Salam Akif oğlu Abdullayev avtomobil qəzasına düşüblər. Hər iki hərbçi hərbi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR