Hesablama Palatas “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) apardığı yoxlamaların nəticələri barədə Milli Məclisə Məlumat verəcək.
Hesablama Palatasından Modern.az-a bildirilib ki, keçirilən kollegiya iclasında “Kaspian Marin Servisez (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2011-ci ildə və 2012-ci ilin birinci yarımilliyində inşası başa çatmış layihə və obyektlərə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi üzrə auditlərin nəticələrinə dair Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında, həmçinin, Hesablama Palatasında kargüzarlıq fəaliyyətinin yoxlanılmasının nəticələri və Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə Kollegiya qərarlarının icra vəziyyəti də müzakirə olunub.