Hesablama Palatasının İnvestisiyalara nəzarət şöbəsinin müdiri Vüqar Tapdıq oğlu Gülməmmədov Milli Məclisin sədri Oqtay Əsədovun təqdimatına əsasən sözügedən qurumun sədri vəzifəsinə təklif edilib.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi Siyasət komitəsinin noyabrın 21-də keçirilən növbəti iclasının müzakirəsinə çıxarılıb.
Adıçəkilən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası ölkənin ali maliyyə nəzarət qurumudur və fəaliyyət göstərdiyi dövr ərzində xeyli işlər görüb.
Onun bildirdiyinə görə, Hesablama Palatasının sədri, üzvləri və auditorlar parlamentin sədri tərəfindən təklif olunur:
“Parlamentin sədri Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Gülməmmədovun namizədləyini irəli sürüb. Biz də bu məsələyə öz münasibətimizi bildirməliyik”.
Müzakirələrdən sonra V.Gülməmmədovun Hesablama Palatyasının sədri vəzifəsinə sədri vəzifəsinə təsdiq edilməsi məsələsi Milli Məclisi Plenar İclasına tövsiyyə olunub.
Qeyd edək ki, V.Gülməmmədov 1971-ci ildə Bakı şəhərində anadan olub. İxtisasca iqtisadçıdır.