Həsən bəy Zərdabi muzeyinin təmirinə 300 min manat ayrıldı
Bütün Xəbərlər
18:57 19.07.2012
1410
Azərbaycan prezidenti İlham Əliyev Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb.AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 300 min manat ayrılıb.