General-mayorun prezident kortejindən qovulması haqda növbəti xəbər yayılıb
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov prezidenti müşayiət etmək hüququndan yenə də məhrum olunub. Bu haqda virtualaz.org saytı növbəti dəfə xəbər yayıb. Məlumata görə, H.Şirinov şəhərdə yaranmış tıxacda yenə özünü itirib. Nəticədə prezident İ.Əliyevin korteji yenə tıxacda qalıb. Sayt yazır ki, dekabrın 26-da plana görə prezidentin korteji metronun “Koroğlu” stansiyasının yaxınlığından hərəkətin məhdudlaşdırıldığı küçələrdən keçməli imiş. Lakin H.Şirinovun səhvi ucbatından karvan başqa küçəyə burulub. Bu isə kortejin uzun tıxacın yaşandığı küçəyə dönməsi ilə nəticələnib.
Bakı Şəhər Baş Polis İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə isə, Həsən Şirinov işinin başındadır: "Mətbuatda yazılanlar tamamilə əsassızdır. Mətbuatda yazıldığı kimi prezidentin korteji yanlış yola girməyib, sadəcə 1 avtomobil kortejdən ayrı düşüb. O da Prezidentin hərəkət etdiyi avtomobil olmayıb. Görünür, məsələni belə şişirtmək kiminsə marağındadır.
Murad