"Həyat Fondu”nun təşkilatçılığı ilə pulsuz tibbi müayinə davam edir.
Xeyriyyə aksiyası "Bakı City Hospitalda” keçirilir. Ötən gündən İsraildən
gələn tanınmış ortoped-travmatoloq Aleks Qeftler ağır skoleoz, kifoz,
onurga əyriliyi və s. xəstəliklərdən əziyyət çəkən xəstələriqəbul edir.
Aksiyada "Həyat Fondu”nun rəhbəri Nuran Hüseynov və İsrailin "MVI” Tibbi
Mərkəzinin direktoru Hedvart Nataşa da iştirak edir.
Aksiyanın 1-ci günündə İsrailli tanınmış ortoped-travmatoloq Aleks
Qeftler tərəfindən 50-dən artıq vətəndaş müayinə olunaraq bəzilərinə
müalicə təyin olunub.
Bundan başqa müayinə zamanı orta ağır xəstələrin Bakıda, ağır xəstələrin
isə İsraildə əməliyyat olunmaları barədə qərar qəbul olunub.
"Həyat Fondu”nun və İsrailin "MVI” Tibbi Mərkəzinin təşəbbüsü ilə
sözügedən xəstələrin əməliyyatı tam olaraq pulsuz aparılır.
Aksiya bu
gün və sabah davam edəcək.
"999” qısa nömrəsinə göndərilən 1 sms, edilən 1 zəng yardım gözləyənlər
üçün bir ümid çırağı ola bilər.