“Həyat verən gənc donorlar” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

GƏNCLİK
23:56 01.03.2020
8158
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə XIII qrant müsabiqəsinin qalibi olan "Həyat verən gənc donorlar” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt regional bölməsində dəyirmi masa təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, AzQAC-ın Sumqayıt Regional bölməsinin sədri Mətanət Məhərrəmova layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Nəzərbəy Hacıağayevin qazandığı layihə həqiqətən də cəmiyyətimizə lazım olan, labüd məsələlərdəndir: "Bu gün insanların qanvermə aksiyalarına marağı mövcuddur. Ancaq bu prosesin ətrafında marağı daha da artırmaqdır. Mən inanıram ki, Nəzərbəy Hacıağayevin bu fərdi layihəsi bu missiyaya xidmət edəcək”.

Layihə rəhbəri Nəzərbəy Hacıağayev çıxış edərək bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional bölməsinin gəncləri nəinki bu təşkilatın, eyni zamanda, da ölkəmizin ən fəal gəncləri sırasındadır: "Mən 13-14 yaşından bu qurumun könüllüsüyəm. Bu qurumda AzQAC-ın Prezidenti Novruz Aslanovun gənclərə xüsusi qayğısını hər zaman müşahidə etmişəm. Bu qayğını bir gənc olaraq o qurumda çalışmasam da öz üzərimdə hiss etmişəm. Qrant müsabiqəsi zamanı da Sumqayıtda belə layihənin reallaşdırılması ilə bağlı təklif mənim də ürəyimcə oldu. Atamın Beynəlxalq Qızıl Xaç Komitəsindən 1992-ci ildən fəaliyyət göstərməsi humanitar sahəyə olan marağımın formalaşmasına səbəb oldu. Məhz yeniyetmə yaşlarımdan AzQAC-a üz tutmağım bunun göstəricisi idi. Bu, mənim ilk fərdi layihəm idi. Ona görə mən qərara gəldim ki, bu layihə cəmiyyətə humanitar missiyaların təbliğinə xidmət göstərsin. Bu layihənin qəbul olunmasında, maliyyə ayrılmasında Azərbaycan Respublikasının Gənclər Fonduna minnətdarlığımı bildirirəm. Bu layihənin davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcəyik. İnşallah növbəti qrant müsabiqələrində bu layihə ilə müraciət etməyi düşünürük”.

Daha sonra AzQAC Sumqayıtın fəal könüllüləri çıxış edib.

Sonda tədbir diskussiya şəkilində davam etdirilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:38 28.05.2020

Moskvada karantin rejimi iyunun 14-dək uzadılıb

12:31 28.05.2020

ÜST sözçüsü koronavirusla bağlı xəbərdarlıq etdi: “Yeni ocaqlar yarana bilər... Vaksin bir ilə hazır olacaq”

12:21 28.05.2020

Abşeronda it döyüşləri təşkil edənlər saxlanıldı

11:57 28.05.2020

Rəsulzadənin nəvəsi AzTV-də: “Atam babamın dəfninə getmədi, çünki...

11:35 28.05.2020

Prezident “İstiqlal abidəsi”ni ziyarət etdi - Fotolar

11:12 28.05.2020

Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi - FOTOLAR

10:58 28.05.2020

Azərbaycanda bir qrup şəxs xəstəxanaya hücum etdi - SƏBƏB

10:55 28.05.2020

DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - SİYAHI

10:35 28.05.2020

Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak etdi - VİDEO

10:17 28.05.2020

ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edildi

10:14 28.05.2020

Bunu edənlər 200 manat cərimə edilir - 40 gün ərzində... - VİDEO

00:14 28.05.2020

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

00:10 28.05.2020

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

23:59 27.05.2020

İstanbulun rəmzləri Azərbaycan bayrağına büründü - FOTOLAR

23:53 27.05.2020

Bu sujet hər birinizi təsirləndirəcək - Anam həkimdir, gələ bilmir, bizə gələ bilərsiniz? - VİDEO

23:33 27.05.2020

Bakıda dilənmək istəməyən oğlunu bıçaqlayan ata tutuldu