Həyat yoldaşından çəkinən 3 bürc

Həyat yoldaşından çəkinən 3 bürc
MARAQLI
20:36 06.09.2026
85
Bəzi insanlar münasibətlərdə olduqca sərbəst davransalar da, bəziləri həyat yoldaşının fikrinə xüsusi önəm verir. Astroloqların fikrincə, bəzi bürclər ailə həyatında mübahisədən qaçmağa və həyat yoldaşının könlünü xoş etməyə daha çox meyllidir.

AZXEBER.COM Metbuat.az-a istinadən həmin bürcləri təqdim edir:

Xərçəng

Xərçəng bürcü bunların başında gəlir. Ailə və ev rahatlığı onlar üçün çox vacibdir. Buna görə də həyat yoldaşı ilə münasibətlərdə gərginlik yaranmasını istəmirlər. Çox vaxt mübahisəni uzatmaq əvəzinə geri addım atmağa üstünlük verirlər.

Tərəzi

Tərəzi bürcləri də münasibətlərdə sakitliyi qorumağa çalışır. Onlar qarşıdurmanı sevmədikləri üçün həyat yoldaşının narazılığı ilə üzləşməkdənsə, razılaşma yolunu seçirlər. Bəzən öz fikirlərindən belə güzəştə getmələri mümkündür.

Balıqlar

Balıqlar isə həssas və duyğusal xarakterləri ilə seçilir. Həyat yoldaşının hisslərini incitməkdən çəkinə və münasibətdə problem yaranmaması üçün bəzi məsələlərdə susmağa üstünlük verə bilərlər. Onlar üçün ailədə sevgi və mehribanlığın qorunması çox vaxt mübahisədə haqlı çıxmaqdan daha önəmlidir.
OXŞAR XƏBƏRLƏR