Həyat yoldaşını öldürən sabiq hakim 10 il azadlıqdan məhrum edildi

Həyat yoldaşını öldürən sabiq hakim 10 il azadlıqdan məhrum edildi
SOSİAL
18:20 30.09.2021
695

Paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi başlayıb. Daha sonra prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı Fəqan Əhmədovun 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı edib.

Onlar bildiriblər ki, təqsirləndirilən şəxs hadisəni ehtiyatsızlıqdan törədib.

Vəkillər təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edib.

Prosesdə son söz deyən təqsirləndirilən şəxs Fəqan Əhmədov bildirib ki, ibtidai istintaq qərəzli aparılıb: "İttiham aktında yazılanlar fərziyyədir. Verilən ittihamın motivi yoxdur. Heç nə sübuta yetirilməyib. Qəsdən adam öldürmək üçün adam gərək əvvəlcədən planlaşdıra. Bu, sadəcə bir zarafatın acı nəticəsi idi. Mən 15 ildir ailəliyəm. Ailəmi sevmişəm. Mən onu öldürmək fikrində olmamışam. Hesab edirəm ki, məhkəmə işə düzgün qiymət verəcək".

Tel: 050 202 88 87
Keçid
Optimal Təklif!

 
Müşavirədən sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Fəqan Əhmədov ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlu 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
16:41 01.07.2026
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır