Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinə başlanıb

Bütün Xəbərlər
10:21 17.03.2011
1779
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçısına məlumat verib ki, ümumi sahəsi 58 min kvadratmetr olacaq yeni aerovağzal kompleksi ən son texnologiya və avadanlıqla təchiz ediləcək. 

Kompleks istifadəyə verildikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunun illik sərnişin dövriyyəsi 3 milyon nəfərə çatdırılacaq.

Prezident İ. Əliyev yeni aerovağzal kompleksinin baş planını və mövcud terminalda aparılacaq əsaslı yenidənqurma işlərini əks etdirən stendlərə baxıb.

Sonra dövlət başçısı kompleksin təməlini qoyub.

O, kapsulu bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.

Prezident İ. Əliyev hava limanının kollektivi və inşaatçılarla görüşüb, tövsiyə və tapşırıqlarını verib.









OXŞAR XƏBƏRLƏR