Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucarın iki kəndində məktəblərin inşası başa çatır
Bütün Xəbərlər
09:23 07.04.2011
1530
Rayon icra hakimiyyətindən bildiriblər ki, müasir standartlar səviyyəsində inşa olunan hər iki məktəb binası tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək. İkimərtəbəli yeni binalar geniş və işıqlı sinif otaqlarına, fənn kabinetlərinə, qış idman zalına malikdir. Binalar istilik sistemi ilə təchiz olunub.
Hazırda açıq idman meydançası hazırlanır, həyətlərdə abadlıq və yaşıllaşdırma işləri aparılır. Hər iki təhsil ocağı qarşıdakı dərs ilində istifadəyə veriləcək.