Bu sözləri çərşənbə axşamı jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib."1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycan xaosdan, dağılmaqdan qurtuldu", - o bildirib .O qeyd edib ki, 15 iyun Azərbaycanda çox böyük bayramlardan biridir və Azərbaycan xalqı tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur."Bu gün üçün biz Heydər Əliyevə borcluyuq", - Əsgərov qeyd edib.