Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev adına Respublika sarayında Gənclərin VI forumu keçirilib.
AZXEBER.COM-un məlumatına görə, forum 3 hissədən ibarət olub. Birinci hissədə məruzələr dinlənilib, ikinci hissədə müxtəlif universitetlərin aktiv tələbələri çıxış edib, üçüncü hissədə isə musiqi proqram təşkil edilib.
Birinci hissədən sonra nahar fasiləsində Heydər Əliyev adına Respublika sarayında kiçik insident yaşanıb. Belə ki, saray xidmətçiləri qapıları bağlayaraq heç kimi saraydan çıxmasına icazə verməyiblər. Onlar bunu Azərbaycan Gənclər və İdman Nazirliyindən tapşırıq gəldiyi ilə əlaqələndiriblər. Çoxu media nümayəndəsi olan 50-yə yaxın insan sarayı tərk edə bilməyiblər. Etirazların böyüdüyünü görən saray nümayəndələri qapını açmaq məcburiyyəti qarşəsında qalıblar. Buna etiraz edən nazirlik nümayəndəsinə isə "xoşunuz gəlmirsə, gəlin özünüz dayanın qapıda və insanları buraxmayın" cavabını veriblər.