Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisini su basıb
Bütün Xəbərlər
15:50 24.02.2012
1723
Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində subasma müşahidə edilib. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib. Onun sözlərinə görə, bununla bağlı artıq Nazirlər Kabinetinə məlumat verilib: “Ərazidə qrunt sularının səviyyəsi qalxıb. Subasma yeraltı və yerüstü suların bilavasitə birgə təsiri nəticəsində baş verib”.