Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz bayramı münasibətilə sovqatlar göndərib - FOTO

Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz bayramı münasibətilə sovqatlar göndərib - FOTO
SOSİAL
16:14 20.03.2021
685
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları çatdırılıb.

AZXEBER.COM xəbər verir ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu mütəmadi olaraq bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.

Ötən müddətdə respublika üzrə sosial yardıma ehtiyacı olan minlərlə ailəyə Yeni il, Novruz və Qurban bayramlarında sovqatlar çatdırılıb, onlar üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib.

Budəfəki Novruz bayramında isə respublika üzrə ümumilikdə 100 min ailəyə baş çəkilib, onlara Fondun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb.

Qeyd edək ki, sovqatların ailələrə çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri dəstəyi ilə həyata keçirilib.

"Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti və "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti sovqatların regionlara daşınmasına və paylanmasına dəstək verib.

Novruz bayramı münasibətilə ailələrə çatdırılan sovqata aşağıdakı ərzaqlar daxildir:

1 Çay ("Azərçay” və ya "Final” - 800 qr) 1 ədəd

2 Qənd ("Azərşəkər” və ya "Gülüm” - 800 qr) 2 ədəd

3 Şəkər tozu ("Richmond”, ''Azərşəkər” və ya "Evim” - 800 qr) 2 ədəd

4 Düyü ("Richmond” və ya "Domaşneye” - 800 qr) 3 ədəd

5 Bulqur ("Mizzo”, 800 qr) 1 ədəd

6 Makaron ("Karmen”, "Doymak”, "Makara” və ya "Nova mak”) 2 kq

7 Vermişel ("Karmen”, "Doymak”, "Makara” və ya "Nova mak”) 2 kq

8 Mərcimək ("Mizzo” - 800 qr) 1 ədəd

9 Günəbaxan yağı ("Evim”, "Final və ya Yurdum” - 1 lt) 1 ədəd

10 Əridilmiş yağ ("Ana bala” - 1,745 kq) 1 ədəd

11 Un ("Karmen”,"Doymak”, "Oman” və ya "Fellini”) 3 kq

12 Tomat pastası ("Blendo” - 275 qr) 1 ədəd

13 Duz ("Salute” - 1 kq) 1 ədəd

14 Konfet ("Karamelka”, "Estella”, "Assorti” və ya "Kometa” - 1 kq) 1 ədəd

15 Toyuq ("Mərcan” - 1,2–1,4 kq) 2 ədəd.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb