"Heydər Əliyev Fondu - Cənubi Qafqazda ən böyük xeyriyyəçi"

"Heydər Əliyev Fondu - Cənubi Qafqazda ən böyük xeyriyyəçi"
SOSİAL
12:34 21.01.2022
698
Xalqımızın böyük oğlu H.Z.Tağıyevin adı - XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın görkəmli mesenatı kimi tarixə düşmüşdür. O, xalqımızın yaddaşında böyük xeyriyyəçi, maarifçi, və ictimai xadim kimi əbədi həkk olunmuşdur. Onun ictimai fəaliyyəti nəticəsində Azərbaycanda təhsil və mədəni sahədə oyanış baş vermişdi. O, millətin maariflənməsi üçün təhsil müəssisələrinə daimi yardım göstərmiş, Rusiyada və Avropada təhsil alan yüzlərlə tələbələrin təhsil xərclərini ödəmişdi. Doğma dilimiozin inkişafında teatırın əhəmiyyətini yüksək qiymətləndirən Hacı Zeynalabdin Tağıyev ilk teatr binasıı inşa etdirmişdi. Bunlarla yanaşı Azərbaycanın gələcək həyatı üçün çox mühüm işlər həyata keçirmiş bu görkəmli şəxiyyətin heykəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yanvarın 18-də Bakının "İçərişəhər” metro stansiyanın qarşısındakı meydanda ucaldılmışdı.

Milli mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu tarixi sərəncamın böyük mesenat H.Z.Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, milli maarifçilik hərəkatının formalaşmasında, Vətənimizdə dünyəvi milli qadın təhsilinin təşəkkülündə, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli ziyalı elitasının yetişməsində təmənnasız xidmətlərinin çağdaş dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə gərəyincə və yetərincə çatdırılmasında müstəsna rolu vardır.

Bu sərəncam tarixdə iz qoymuş böyük şəxsiyyət olan H.Z.Tağıyev fenomeni haqqında xalqımızın çoxdan arzuladığı tarixi ədalətin təntənəsi baxımından müasir tariximizə, milli yaddaşımıza əbədi həkk olunacaqdır.

Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, son illərdə Mərdəkanda böyük mesenatın uyuduğu görkəmli din xadimi Axund Əbu Turabın məqbərəsi, bütövlükdə Pir Həsən Ziyarətgahı əsaslı şəkildə yenidən quruldu. Hacının büstü, qəbirüstü abidəsi, vaxtilə təsisçisi və banisi olduğu bağçılıq məktəbinin (indiki 123 nömrəli orta məktəbin) ərazisi abadlaşdırıldı.

Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsaslı şəkildə təmir edilmiş və vaxtilə Hacının şəxsi malikanəsi olmuş Milli Azərbaycan Tarixi Muzeyinin tərkibində "Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi” də yaradıldı.

Böyük neft sənayeçisi H.Z.Tağıyev tərəfindən vaxtilə neft gəlirlərindən xalqın maarifləndirilməsi və milli kadrların yetişdirilməsi yolunda XIX əsrin sonu - XX əsrin əvvəllərində ilk addımlar atılmışdı. Bu mütərəqqi ənənə müstəqil Azərbaycanda müəllifi Ümummilli lider Heydər Əliyev olan neft strategiyasında yenidən özünün parlaq ifadəsini tapdı.

Bu gün dövlət başçısı tərəfindən uğurla həyata keçirilən həmin strategiyanın əsas prioritet istiqamətlərindən biri "Qara qızıldan əldə edilən kapitalın ölkədə insan kapitalının inkişafına yönəldilməsi” sayılır. Bu istiqamətdə atılan uğurlu addımlar böyük mesenatın yüz il bundan əvvəlki arzularının çin olduğunu, nurlu ideyalarının reallaşdığını göstərir.

H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. Onun çoxşaxəli sahibkarlıq, ictimai-siyasi fəaliyyəti Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmişdi.

Naftalan şəhər sakini Səbuhi Qasımov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı